...

Bakıda keçmiş məhkumun üstündən tapança tapıldı

Hadisə Materials 28 Fevral 2013 13:39 (UTC +04:00)
Bakı şəhər sakinindən tapança və patron götürülüb.
Bakıda keçmiş məhkumun üstündən tapança tapıldı

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakinindən tapança və patron götürülüb.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aleksey Teplyakovdan 1 ədəd "Makarov" markalı tapança və 4 ədəd patron götürülüb.

Hazırda keçmiş məhkumun silahı haradan əldə etməsinə dair araşdırma aparılır, tapançanın əvvəllər törədilmiş hər hansı cinayətdə istifadə edilib-edilməməsinə dair müvafiq ekspertiza təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti