...

Bakıda 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub

Hadisə Materials 24 Aprel 2013 13:11 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda Mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir.
Bakıda 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Son günlər Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında yağışlı hava şəraiti müşahidə olunur.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Sabunçu rayonunda bəzi ərazilərə yağış və qrunt suları dolub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda Mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir.

İlkin məlumata görə, təxminən, 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub.

Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti