Azərbaycan, Bakı, 1 may/Trend, müxbir A. Tağıyeva/
Bu gün İstanbulda 1 May bayramının qeyd edilməsi ilə əlaqədar bəzi dəniz reysləri ləğv edilib. Bu barədə Trend çərşənbə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.
Bundan başqa, bəzi beynəlxalq avtobus reysləri də ləğv edilib.
Məlumata görə, hazırda 1 Mayın qeyd edilməsilə əlaqədar Türkiyənin bir çox şəhərlərində vəziyyət gərgin olaraq qalır.