Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/
Mayın 5-də Mirqasımov küçəsində yerləşən KTM-ın həyətində döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə 20-25 yaşlarında naməlum kişi meyiti tapılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi CAŞ və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, o, Özbəkistan vətəndaşı Ənvər adlı şəxsdir və onu mayın 5-də həmyerlisi Nizaməddin İsabayev Hökməli qəsəbəsində mübahisə zəminində qətlə yetirib.
Cinayətdə şübhəli bilinən İsabayev polis tərəfindən yaxalanıb.