...

Dəmiryolunda partlayış təhlükəsi səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb

Hadisə Materials 14 İyun 2013 11:31 (UTC +04:00)
Mahaçqalanın cənub hissəsindəki dəmir yolunda mümkün partlayış səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb.
Dəmiryolunda partlayış təhlükəsi səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Mahaçqalanın cənub hissəsindəki dəmiryolunda mümkün partlayış səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İTAR-TASS-a respublika Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.

Məlumata görə, bu gün səhər saatlarında dəmiryollarına baxış zamanı relslərdə əldəqayırma partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapılıb.

Hazırda hadisə yerində xüsusi xidmət orqanları işləyirlər, ərazi nəzarət altına alınıb.

Müvəqqəti olaraq Şimali-Qafqaz dəmiryolunun Mahaçqala sahəsində bütün qatarların hərəkəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti