Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/
Bakı şəhəri, Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzilin eyvanından yıxılaraq ağaca düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası dərhal hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü 1 nəfər ağacın budaqları arasında sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı ağacdan endirib və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.