Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Cəfərov /
İranda Qəzvin - Kərəc maqistral yolunda "Peugeot" markalı mikroavtobus yük maşını ilə toqquşub. Trend MEHR agentliyinə istinadən bu barədə məlumat verir.
Hadisə nəticəsində mikroavtobusda yanğın baş verib.
Məlumata əsasən, yanğın nəticsəində mikroavtobusun 14 sərnişinindən 9 nəfəri ağır yanıq xəsarəti alaraq həlak olub. Digər 5 nəfərdən 3 nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.
Həlak olan şəxslərin arasında körpə uşaqlar və qadınlar da var.
FARS agentliyinin məlumatına görə, həlak olan şəxslərin əksəriyyəti əcnəbi vətəndaşlar olublar.