...

Şəmkirdə 4 avtomobil toqquşub, yaralılar var

Hadisə Materials 3 Sentyabr 2013 17:35 (UTC +04:00)
Şəmkir rayonu ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Şəmkirdə 4 avtomobil toqquşub, yaralılar var

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Şəmkir rayonu ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Trend Türkel TV-yə istinadən bildirir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolununun 394-cü km-də, Şəmkir rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Cavid İsgəndərovun idarə etdiyi "Mitsubishi L-200" markalı avtomobil Bakı şəhər sakini Leyla Mustafazadənin idarə etdiyi "Chevrolet Avia" markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra "Chevrolet Avia" idarəetməni itirərək əks istiqamət üzrə hərəkət edən Bakı şəhər sakini Samir Qasımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə, o cümlədən Şəmkir rayon sakini Eyyub Qəhrəmanovun idarə etdiyi digər maşına çırpılıb. Hadisə zamanı "VAZ-2106"-nın sürücüsü S.Qasımov və "Chevrolet Avia"nın sərnişini, Qazax rayon Ağköynək kənd sakini

Tünzalə Mürşüdova ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, T.Mürşüdovanın vəziyyəti ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti