...

Azərbaycanda gömrük postunda qanunsuz mallar aşkar edilib

Hadisə Materials 17 Sentyabr 2013 10:56 (UTC +04:00)
Azərbaycan gömrükçüləri qanunsuz siqaretlər və araqlar aşkar ediblər.
Azərbaycanda gömrük postunda qanunsuz mallar aşkar edilib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan gömrükçüləri qanunsuz siqaretlər və araqlar aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsi və "Sınıq Körpü" gömrük postunun əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində Azərbaycan vətəndaşı Qədim Quliyevin idarə etdiyi "VAZ-21051" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyinin arxasından 500 qutu "Marlboro" siqaretləri, yük yerində olan mühərrikin arxasından isə 27 ədəd 1,0 litrlik şüşə qablarda "Bolchoj" araqları aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti