...

Hindistanda binanın dağılması nəticəsində ölənlərin sayı 60-a çatıb

Hadisə Materials 29 Sentyabr 2013 14:18 (UTC +04:00)
Hindistanın Mumbai şəhərində yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Hindistanda binanın dağılması nəticəsində ölənlərin sayı 60-a çatıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Hindistanın Mumbai şəhərində yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Beşmərtəbəli yaşayış binası cümə günü dağılıb. Dağıntılar altında 36 nəfərin qaldığı ehtimal olunur. 40 nəfərdən çox insan xilas olunub.

Dok Yard küçəsindəki binanın dağılması barədə iş üzrə artıq bir nəfər həbs edilib. Polisin məlumatına görə, icarədar Aşok Mehta yerli hakimiyyəti xəbərdar etmədən binanın tikinti planında dəyişiklik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti