...

Cəlilabadda yol qəzası: ana və azyaşlı övladı yaralandı

Hadisə Materials 9 Noyabr 2013 16:43 (UTC +04:00)
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabadda yol qəzası: ana və azyaşlı övladı yaralandı

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini 45 yaşlı Vüqar Nuruyev idarə etdiyi "VAZ 21011" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Yardımlı rayon sakini Kazımov Aydın Xəlil oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Qəzanın təsirindən hər iki avtomobil yolun kənarına düşüb.

Nəticədə "VAZ 21011" markalı avtomobildə olan sürücünün həyat yoldaşı 43 yaşlı Rahilə Nuruyeva və onun azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralıların vəziyyəti normaldır.

İlkin ehtimala görə, qəzanın baş verməsinə "VAZ 2107" markalı avtomobilin sürücüsünün ötmə əməliyyatı düzgün yerinə yetirməməsi səbəbindən baş verib.

Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti