...

Qubada avtomobilinə örtük çəkmək istəyən sürücü xəstəxanalıq oldu

Hadisə Materials 18 Noyabr 2013 09:51 (UTC +04:00)
Quba şəhərində baş verən digər bir hadisə zamanı isə 28 yaşlı Sumqayıt şəhər sakini Roman Mustafayev ağır xəsarətlər alıb.
Qubada avtomobilinə örtük çəkmək istəyən sürücü xəstəxanalıq oldu

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Qubada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, şəhər mərkəzində "VAZ 2107" markalı avtomobil 66 yaşlı Quba sakini
Solmaz Nizamovanı vurub. Yaralı dərhal Quba MRX-yə çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulub.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildilir.

Quba şəhərində baş verən digər bir hadisə zamanı isə 28 yaşlı Sumqayıt şəhər sakini Roman Mustafayev ağır xəsarətlər alıb. Belə ki, o, özünə məxsus yük avtomobilinin üzərinə örtük çəkərkən yıxılıb.

Yaralı Quba MRX-nin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti