...

Avtomobillə vurulan qadın xəstəxanaya aparılarkən keçinib

Hadisə Materials 22 Noyabr 2013 10:54 (UTC +04:00)
E.Hüseynova xəstəxanaya aparılarkən yolda keçinib.
Avtomobillə vurulan qadın xəstəxanaya aparılarkən keçinib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bakıda avtomobillə vurulan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumnata görə, noyabrın 22-si saat 00:10 radələrində Yasamal rayonu İnşaatçılar prospektində Bakı şəhər sakini Nihad Maqsudov idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə Elmira Hüseynovanı vurub.

E.Hüseynova xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti