...

Gəncədə naməlum avtomobil piyadanı vurub

Hadisə Materials 25 Noyabr 2013 13:58 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Gəncə şəhər sakini 1949-cu il təvəllüdlü Camal Əliyev yolu keçdiyi zaman naməlum avtomobil tərəfindən vurulub.
Gəncədə naməlum avtomobil piyadanı vurub

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Bu gün saat 12:00 radələrində Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Gəncə şəhər sakini 1949-cu il təvəllüdlü Camal Əliyev yolu keçdiyi zaman naməlum avtomobil tərəfindən vurulub.

Xəsarət alan piyada dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstaxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti