...

Füzuli, İmişli və Masallıda ölümlə nəticələnən yol qəzaları olub

Hadisə Materials 11 Dekabr 2013 12:57 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Dekabrın 10-u saat 17: radələrində Füzuli rayonu Bala Bəhmənli kəndinin ərazisində rayon sakinləri Teymur Əhmədovun və Ramiz Məmişovun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub.
Füzuli, İmişli və Masallıda ölümlə nəticələnən yol qəzaları olub

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Füzuli, İmişli və Masallıda ölümlə nəticələnən yol qəzaları olub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Dekabrın 10-u saat 17: radələrində Füzuli rayonu Bala Bəhmənli kəndinin ərazisində rayon sakinləri Teymur Əhmədovun və Ramiz Məmişovun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub. R.Məmişov hadisə yerində ölüb, sərnişini - həmyerlisi İbiş Məmmədov və T.Əhmədov xəstəxanaya yerləşdiriliblər.

Dekabrın 10-u saat 22:00 radələrində İmişli rayonu Qaralar kəndinin ərazisində kənd sakini Eldəniz Xəmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini - həmkəndlisi Elşən Əmənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Dekabrın 10-u saat 22:00 radələrində Masallı rayonu Talışxanov küçəsində müəyyən edilməmiş avtomobillə Öncəqala kənd sakini Əlihüseyn Kərimov vurulub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti