Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 17-si saat 18 radələrində Şirvan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Fazilə Cəfərova vurulub. Piyada hadisə yerində ölüb.
Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.