...

İnterpol vasitəsilə saxlanılan Azərbaycan Müdafiə Nazirliyinin keçmiş hərbi qulluqçusunun kimliyi müəyyənləşib (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 10 Yanvar 2014 10:51 (UTC +04:00)
İnterpolun İrkutsk bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşını saxlamaq mümkün olub.
İnterpol vasitəsilə saxlanılan Azərbaycan Müdafiə Nazirliyinin keçmiş hərbi qulluqçusunun kimliyi müəyyənləşib (ƏLAVƏ OLUNUB 2)

(İlk xəbər 9:55-də yayılıb)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İzzət/

İnterpolun İrkutsk bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşını saxlamaq mümkün olub.

Trend-in Rusiyanın Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin saytına istinadən verdiyi məlumata görə, o, Azərbaycanda dələduzluq törətməkdə şübhəli bilinərək barəsində axtarış elan edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs 2010-cu ildə Azərbaycan Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi öz vəzifə səlahiyyətlərindən istifadə edərək ödəniş-mühasibat sənədlərini saxtalaşdırıb. Onun qeyri-qanuni hərəkətləri nəticəsində nazirliyə təxminən 125 min ABŞ dollar məbləğində zərər dəyib.

Rusiya DİN-in İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, ədalət məhkəməsindən gizlənən bu şəxs 2011-ci ildə başqa adla saxta sənədlər vasitəsilə Rusiya Federasiyasının sərhədini keçib. Sonra o, İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelan kəndinə gəlib və burada ixtisassız fəhlə kimi şalışıb.

Polislər operativ axtarış tədbirləri nəticəsində onun şəxsiyyətini müəyyən ediblər. İzləndiyindən şübhələnən həmin şəxs qəflətən xəfiyyələrin görüş dairəsindən yox olub. Operativ kanallarla aydınlaşdırılıb ki, axtarılan şəxs Rusiyanın hüdudlarını tərk etməyə çalışaraq, hava nəqliyyat vasitələrini dəyişməklə Moskvaya uçub.

İnterpolun İrkutsk bölməsinin əməkdaşları dərhal Rusiya DİN-in Domodedovo aeroportundakı xətt idarəsinin əməkdaşları ilə əlaqə saxlayıblar. Nəticədə həmin şəxs saxlanılaraq istintaq təcridxanasına aparılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər. Bildiriblər ki, saxlanılan Yadigarov İlqar Heydər oğludur. O 2011-ci il aprelin 4-də xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrin sıralarından təxris olunub. İ.Yadigarov 1965-ci ildə Sumqayıtda anadan olub. Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edib, maliyyəçi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti