Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/
Axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Özbəkistan Respublikası tərəfindən barəsində axtarış elan edilmiş Özbəkistan vətəndaşı Ferat Appasov tutulub.
O, Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsi (insan alveri) ilə ittiham edilir.