Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda oğurluq etmiş Özbəkistan vətəndaşı Rüstəm Məmmədov tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı oğurluq etmiş Özbəkistan vətəndaşı Rüstəm Məmmədov tutulub.
R. Məmmədov yanvarın 11-də Təbriz küçəsində Bakı şəhər sakini Pərviz Məmmədova məxsus mağazadan kosmetik əşyalar oğurlayıb.