...

Bakıda kanalizasiya xəttinə düşən at xilas edilib

Hadisə Materials 22 Yanvar 2014 09:43 (UTC +04:00)
Suraxanı rayonunda at kanalizasiya xəttinə düşüb.
Bakıda kanalizasiya xəttinə düşən at xilas edilib

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Suraxanı rayonunda at kanalizasiya xəttinə düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki,

"112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda ev heyvanı (at) dərinliyi 3-4 metr olan çirkab suların axıdıldığı kanalizasiya xəttinə düşüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər müvafiq qaydada heyvanı xilas edərək sahibinə təhvil veriblər. Əməliyyat gecə saat 05:15-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti