...

Bakıda təbii qazın sızmasından yanğına keçən partlayış baş verib

Hadisə Materials 30 Yanvar 2014 12:57 (UTC +04:00)
Nərimanov rayonunda şəxsi evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Bakıda təbii qazın sızmasından yanğına keçən partlayış baş verib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Nərimanov rayonunda şəxsi evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 29-da saat 8:00 radələrində Nərimanov rayonu İ.Abışov küçəsində yaşayan Şirzad Əmiraslanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə 30 kv.m. sahə yararsız vəziyyətə düşüb və dam örtüyü çöküb. Yanıq xəsarəti almış Ş.Əmiraslanova və oğlu Naibə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti