...

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 7 Fevral 2014 11:56 (UTC +04:00)
Ötən gün gecə saatlarında Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Ötən gün gecə saatlarında Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində qeydə alınan hadisədə Gəncə sakini 18 yaşlı Lamiyə Camallı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və vəziyyəti normallaşdıqdan sonra evə buraxılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti