...

Bakıda Gürcüstan vətəndaşını vurub hadisə yerindən qaçmış avtobus sürücüsü istintaqa cəlb edilib

Hadisə Materials 10 Fevral 2014 13:07 (UTC +04:00)
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bakıda Gürcüstan vətəndaşını vurub hadisə yerindən qaçmış avtobus sürücüsü istintaqa cəlb edilib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda piyadanı vurub hadisə yerindən qaçmış sürücü tutulub.

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumata görə, fevralın 9-da saat 19 radələrində Mərdəkan-Bakı şosesinin Xəzər rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Gürcüstan vətəndaşı Afail Güləhmədovu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə yol nəqliyyat hadisəsinin "Daewo" markalı "10-TG-944" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Məmmədov Elşən Sahib oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti