...

Özbəkistan vətəndaşı Bakıda avtobusla piyadanı vuraraq öldürüb

Hadisə Materials 26 Fevral 2014 12:40 (UTC +04:00)
Nərimanov rayonu ərazisində "Daewoo" markalı avtobusla Bakı şəhər sakini vurulub.
Özbəkistan vətəndaşı Bakıda avtobusla piyadanı vuraraq öldürüb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Nərimanov rayonu ərazisində "Daewoo" markalı avtobusla Bakı şəhər sakini vurulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində Özbəkistan vətəndaşı Bədəl Bədəlov 17 saylı xətt üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Tamerlan Səmədovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada T.Səmədov orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti