...

DİN Bakıda yol qəzasında 3 nəfər ölməsi, 4 nəfərin xəsarət alması barədə məlumat yayıb

Hadisə Materials 3 Mart 2014 14:05 (UTC +04:00)
Xəzər rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.
DİN Bakıda yol qəzasında 3 nəfər ölməsi, 4 nəfərin xəsarət alması barədə məlumat yayıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/

Xəzər rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 3-də saat 01 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Ələkbər Məmmədovun idarə etdiyi "Mercedes", Mirzahid Mürsəlovun idarə etdiyi "Opel" və Elnur Sadıqovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub.

M.Mürsəlov, E.Sadıqov və sərnişini, atası Səfərəli Sadıqov hadisə yerində ölüb, xəsarət almış Ə.Məmmədova, sərnişinləri Şəfiqə Piriyevaya, Xəyalə Hacıyevaya və Adnan Piriyevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti