Azərbaycan, Bakı, 17 mart /Trend/
Şamaxı rayonu, Əngərxan kəndi (rayon mərkəzindən 6 km aralı) ərazisində uçqun hadisəsi baş verib.
Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparılan zaman işçilər 1970-ci il təvəllüdlü Aydın Vaqif oğlu Şirəliyev və 1971-ci il təvəllüdlü Müslüm Abı oğlu Söhbətov torpaq uçqunu altında qalmışlar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müxtəlif alət və avadanlıqlar vasitəsilə cəsədləri torpağın altından çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.