...

Bakıda narkotik alverçisindən külli miqdarda narkotik maddə götürülüb

Hadisə Materials 18 Mart 2014 12:20 (UTC +04:00)
Bakıda narkotik alverçisindən külli miqdarda narkotik maddə götürülüb.
Bakıda narkotik alverçisindən külli miqdarda narkotik maddə götürülüb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bakıda narkotik alverçisindən külli miqdarda narkotik maddə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Dilavər Hüseynovdan 9 qramdan artıq marixuana götürülüb. Araşdırmalar zamanı məlum olub ki, ona marixuananı satan Ə.Vəliyev küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Azər Əliyevdir.

Aparılan əməliyyat tədbirləri nəticəsində Azər Vəliyev tutulub. Onun mənzilinə keçirilən baxış zamanı isə 17 ədəd kibrit qutusunda və 1 ədəd çantada 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti