Azərbaycan, Bakı, 20 mart /Trend/
Gəncə şəhər sakini qeyri-rəsmi nikah münasibətlərində olduğu şəxsə bıçaqla xəsarət yetirib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 19-da Gəncə şəhər sakini Şirinaz Məmmədova evində münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ramin Orucova bıçaqla xəsarət yetirib.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədova tutulub.