...

Bakıda yaşayış binasının damının uçma təhlükəsi yaranıb

Hadisə Materials 21 Mart 2014 14:31 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının damının xarici konstruksiyasının bir hissəsinin uçma təhlükəsi yaranıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Bakıda yaşayış binasının damının uçma təhlükəsi yaranıb

Azərbaycan, Bakı, 21 mart /Trend/

Bakıda yaşayış binasının damının uçma təhlükəsi yaranıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının damının xarici konstruksiyasının bir hissəsinin uçma təhlükəsi yaranıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2-ci və 3-cü mərtəbələri arasında uzunluğu 3 metr olan dəmir-beton plitə binadan qismən aralanaraq asılı vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir-beton plitənin armaturlarını kəsərək yerə endirmiş və yaranan təhlükəni aradan qaldırıblar.

Həmçinin xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti