...

Sumqayıtda binanın elektrik sayğacları yanıb, sakinlər təxliyyə olunub

Hadisə Materials 28 Mart 2014 17:37 (UTC +04:00)
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
Sumqayıtda binanın elektrik sayğacları yanıb, sakinlər təxliyyə olunub

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 10 ədəd elektrik sayğacı və 5 poqon metr çıxış kabeli yanıb.

Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti