...

Gecə saatlarında Gəncədə piyada vurulub

Hadisə Materials 10 Aprel 2014 10:34 (UTC +04:00)
Bu gün gecə saat 02:00 radələrində Gəncə şəhər Gülüstan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Gecə saatlarında Gəncədə piyada vurulub

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bu gün gecə saat 02:00 radələrində Gəncə şəhər Gülüstan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, qəsəbə sakini 44 yaşlı Vidadi Rəcəbov xatırlamadığı avtomobil tərəfindən vurulub və Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, qapalı kəllə beyin travması və ənsə nahiyəsinin sıyrılmış yarası xəsarəti alan zərərçəkmişin vəziyyəti hazırda normaldır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti