...

DİN Masallı sakininin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını qətlə yetirməsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 11 Aprel 2014 13:55 (UTC +04:00)
Masallı sakini qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını qətlə yetirib.
DİN Masallı sakininin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını qətlə yetirməsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Masallı sakini qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 10-da Masallı şəhəri ərazisində Kolatan kənd sakini Mirpaşa Ağayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Aysel Xancanovanın evində qısqanclıq zəminində onu bıçaqla qətlə yetirib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti