...

Samuxda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Hadisə Materials 2 May 2014 10:46 (UTC +04:00)
Bu gün səhər saatlarında Samux rayon ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Samuxda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu gün səhər saatlarında Samux rayon ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 21 yaşlı Məzahir Abbasov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qəza zamanı hadisəni törədən avtomobil yaralı piyadanı orada qoyaraq qaçıb.

Yaralı ətrafdakı şəxslərin köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti