...

DİN: Bakıda şirniyyat sexində baş vermiş partlayış zamanı 4 nəfər yaralanıb

Hadisə Materials 12 May 2014 14:29 (UTC +04:00)
Binəqədi rayonundakı şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
DİN: Bakıda şirniyyat sexində baş vermiş partlayış zamanı 4 nəfər yaralanıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Binəqədi rayonundakı şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 11-də saat 16 radələrində Binəqədi rayonu İ.Dadaşov küçəsində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanıb. Orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti