...

Bakıda maşın yeni tikilinin özülünə düşüb, sürücü ölüb

Hadisə Materials 13 May 2014 10:34 (UTC +04:00)
Nəticədə Z.Nəzərov hadisə yerində ölüb, sərnişinləri 1992-ci il təvəllüdlü Vüqar Məhərrəmov və 1987-ci il təvəllüdlü Elman Musayev xəsarətlə 3 saylı xəstəxanaya daxil olub və yardım alaraq evə buraxılıblar.
Bakıda maşın yeni tikilinin özülünə düşüb, sürücü ölüb

Azərbaycan, Bakı, 13 may /Trend/

Bakıda maşın yeni tikilinin özülünə düşüb, sürücü ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 12-si saat 04:30 radələrində Xətai rayonu X.Məmmədov küçəsində Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Zaur Nəzərov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarə etməsini itirərək yeni tikilinin özülünə düşüb.

Nəticədə Z.Nəzərov hadisə yerində ölüb, sərnişinləri 1992-ci il təvəllüdlü Vüqar Məhərrəmov və 1987-ci il təvəllüdlü Elman Musayev xəsarətlə 3 saylı xəstəxanaya daxil olub və yardım alaraq evə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti