...

Gəncədə avtomobil 7-ci sinif şagirdini vurub

Hadisə Materials 21 May 2014 19:37 (UTC +04:00)
Gəncə şəhərində məktəblinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə avtomobil 7-ci sinif şagirdini vurub

Azərbaycan, Bakı, 21 may /Trend/

Gəncə şəhərində məktəblinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb. Şəhər sakini Nicat Məhərrəmov "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən piyada - 29 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Səbinə İsgəndərovanı vurub.

Məktəbli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti