...

Bakıda Salyan sakinini qətldə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 21 İyul 2014 11:37 (UTC +04:00)
Bakıda 9 gün əvvəl törədilmiş qətldə şübhəli bilinən şəxs həbs edilib.
Bakıda Salyan sakinini qətldə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda 9 gün əvvəl törədilmiş qətldə şübhəli bilinən şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 12-də Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında, təxminən 25-30 yaşlarında döş qəfəsindən bıçaq xəsarəti ilə qətlə yetirilmiş kişi meyiti aşkar edilib.

Araşdırma zamanı qətlə yetirilmiş kişinin şəxsiyyəti müəyyən olunaraq onun Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nurlan Xudiyev olması müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Zamin Məcidli tutulub.

Faktla bağlı istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti