...

Bakıda gecə klubunun qarşısında baş vermiş qətl hadisəsinin üstü açılıb (FOTO)

Hadisə Materials 1 Avqust 2014 13:31
Nəsimi rayon Polis İdarəsinin əməkdaşları 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən gecə klublarından birinin qarşısında baş vermiş qətl hadisəsinin üstünü açıb.
Bakıda gecə klubunun qarşısında baş vermiş qətl hadisəsinin üstü açılıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən gecə klublarından birinin qarşısında baş vermiş qətl hadisəsinin üstünü açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub və dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. E. Ağazadə bildirib ki, gecə klubunun qarşısında V.Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.

Bu zaman E.Ağazadə üstündə gəzdirdiyi bıçaqla V.Abdullayevə ürəyindən bir zərbə endirib. O, ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti