...

DİN Kürdə 5 nəfərin ölümü ilə nəticələnən boğulma hadisəsi barədə məlumat yayıb

Hadisə Materials 9 Avqust 2014 13:24 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi Kürdə 5 nəfərin ölümü ilə nəticələnən boğulma hadisəsi barədə məlumat yayıb.
DİN Kürdə 5 nəfərin ölümü ilə nəticələnən boğulma hadisəsi barədə məlumat yayıb

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycan Daxili İşlər Nazirliyi Kürdə 5 nəfərin ölümü ilə nəticələnən boğulma hadisəsi barədə məlumat yayıb.

Trend-in Dİn-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 8-də Kür çayının Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndi ərazisindən keçən hissəsində, Dəllər qəsəbə sakinləri Xəyalə Rəfiyeva, onun qızı 13 yaşlı Nuranə, 9 yaşlı oğlu Nurlan, Posanlı kənd sakinləri 7 yaşlı Ələkbər Dostuyev və onun qardaşı 4 yaşlı Fərid çimərkən suda boğulublar.

Onların meyitləri sudan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti