...

İstintaq təcridxanasına xurmanın içində narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 14 Avqust 2014 13:49 (UTC +04:00)
3 saylı İT-yə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
İstintaq təcridxanasına xurmanın içində narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

3 saylı İT-yə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Penitensiar xidmətin saytına istindən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı xurmanın içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti