...

Qazaxıstanda kömür mədənində qəza baş verib, ölən var

Hadisə Materials 25 Avqust 2014 15:27 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 avqust /Trend, müxbir Daniyar Muxtarov/

Qazaxıstanda "Qazsink" şirkətinin (Ridder dağ-mədən kompleksi) "Tişin" kömür mədənində qəza baş verib. Bu barədə Trend Qazaxıstan Fövqəladə Hallar Departamentinə istinadən məlumat verir.

Məlumata görə, qəza yerli vaxtla saat 00:41-də baş verib. Qəzaya betonun çökməsi səbəb olub. Beton parçalarının mədənin içərisinə düşməsi nəticəsində üç fəhlə xəsarət alıb.

Departamentin məlumatına görə, fəhlələrdən biri - 25 yaşlı qazmaçı aldığı xəsarətlərdən yerindəcə həlak olub, onun iki yoldaşı - 26 yaşlı qazmaçı və 25 yaşlı elektrik mühəndisi müxtəlif dərəcəli xəsarətlərlə Ridder şəhər xəstəxanasına çatdırılıblar.

Hadisə mədəndə işin dayanmasına səbəb olmayıb. Növbənin dəyişməsi ehtiyat çıxışdan həyata keçirilir. Hazırda hadisənin səbəbləri aydınlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti