...

Xəzərin İran sektorunda 41 nəfər boğulub

Hadisə Materials 27 Avqust 2014 10:53 (UTC +04:00)
Xəzər dənizinin İrana aid hissəsinin çimərliklərində ötən ay ərzində 41 nəfər boğularaq ölüb.
Xəzərin İran sektorunda 41 nəfər boğulub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Xəzər dənizinin İrana aid hissəsinin çimərliklərində ötən ay ərzində 41 nəfər boğularaq ölüb. Bunu Mazandaran əyalətinin Ədliyyə Tibbi Ekspertiza idarəsinin mətbuat xidmətinin rəhbəri Əli Abbasi deyib. Bu barədə Trend İranın İSNA agentliyinə istinadən məlumat verir.

Ə.Abbasinin sözlərinə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalıb.

O, ötən 3 ay ərzində ümumilikdə Xəzər dənizinin İrana aid hissəsində çimərliklərdə 61 nəfərin boğularaq öldüyünü bildirib və deyib ki, ölən şəxslərdən 59 nəfəri kişi, iki nəfəri isə qadındır.

Ə.Abbasi həmçinin deyib ki, cari ilin çimərlik mövsümində ölənlərin sayı ötən illə müqayisədə 54 faiz azalıb.

O əlavə edib ki, Ölən şəxslərin 64 faizi 11-30 yaşlı insanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti