Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda vətəndaşların avtomobillərinə qənim kəsilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsi əməkdaşları tərəfindən avqustun 6-da avtomobil qaçırdığına görə tutulmuş Tofiq Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 9-da Emin Quliyevə məxsus "VAZ-2107" markalı avtomobili də qaçırdığı müəyyən edilib.
T.Məmmədovun qaçırdığı "VAZ-2107" markalı maşını Yevlax rayonu ərazisində satdığı məlum olub.