...

Bakıda inzibati binada yanğın olub

Hadisə Materials 1 Oktyabr 2014 09:26 (UTC +04:00)
Binanın və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Bakıda inzibati binada yanğın olub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli inzibati binada yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 580 kv.m olan 1 otağın, aynabəndin yanar konstruksiyaları 74 kv.m sahədə, dam örtüyü 50 kv.m sahədə və binaya bitişik olan vətəndaşa məxsus ümumi sahəsi 445 kv.m olan üçmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Binanın və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti