...

Bakıda yaşayış binasına bitişik tikilidə partlayş olub: 1 ölü, 5 yaralı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Oktyabr 2014 21:12 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Bakıda yaşayış binasına bitişik tikilidə partlayş olub: 1 ölü, 5 yaralı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:04-də yayılıb)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Bakıda hündür mərtəbəli yaşayış binasına bitişik tikilidə partlayş baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasına bitişik, qanunsuz tikilmiş, anbar kimi istifadə olunan tikilidə partlayış hadisəsi baş verib. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

İlkin məlumata əsasən dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, hadisə nəticəsində xəsarət alan 5 nəfər isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti