...

Tbilisinin mərkəzində yaşayış binası yanır

Hadisə Materials 14 Oktyabr 2014 15:45 (UTC +04:00)
Tbilisinin mərkəzində 20-dən artıq yanğınsöndürmə briqadası yaşayış binasında baş verən yanğını söndürməyə çalışır.
Tbilisinin mərkəzində yaşayış binası yanır

Gürcüstan, Tbilisi, 14 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/

Tbilisinin mərkəzində 20-dən artıq yanğınsöndürmə briqadası yaşayış binasında baş verən yanğını söndürməyə çalışır.

Gürcüstan Fövqəladə Hallar Agentliyindən Trend-ə verilən məlumata görə, yanğın Vağzal meydanında qaçqınların yaşadığı yataqxanada baş verib.

İlkin məlumata görə, yanğın yataqxananın mənzillərinin birində başlayıb və bütün korpusa yayılıb.

Bundan başqa, yanğın təqribən min kvadratmetri bürüyüb.

Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb, lakin hadisə yerinə xeyli sayda təcili yardım briqadaları göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti