...

Bakıda şirniyyat sexində partlayış olub, xəsarət alan var

Hadisə Materials 22 Oktyabr 2014 13:44 (UTC +04:00)
Bakıda şirniyyat sexində təbii qazın sızmasından partlayış baş verib.
Bakıda şirniyyat sexində partlayış olub, xəsarət alan var

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda şirniyyat sexində təbii qazın sızmasından partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 12 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən, Bakı şəhər sakini Zorab Vazayeviçevə məxsus, konstruksiyası plastik materialdan olan şirniyyat sexində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə konstruksiya dağılıb, orada çörək bişirən işləyən Bakı şəhər sakini Samir Həşimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti