Bakıda sürücü yol polisinə xəsarət yetirib

Hadisə Materials 5 Dekabr 2014 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda sürücü yol polisinə tabe olmayaraq ona xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 4-də saat 13 radələrində Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi "BMW" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yolis Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb və sənədlərini təqdim etməsi tələb edilib.

Polisə tabe olmayan A.Hüseynov avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirərək hadisə yerini tərk edib.

Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində sürücü A.Hüseynov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti