...

Bakıda qeyri-rəsmi nikahda olduğu qadını öldürən şəxs tutuldu

Hadisə Materials 12 Dekabr 2014 15:22 (UTC +04:00)
Qeyri-rəsmi nikah münasibətlərində olduğu qadına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Bakıda qeyri-rəsmi nikahda olduğu qadını öldürən şəxs tutuldu

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlkin İzzət/

Qeyri-rəsmi nikah münasibətlərində olduğu qadına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 11-də Suraxanı rayonunun Zığ qəsəbəsindəki bağ evlərinin birində Bakı şəhər sakini Elşən Mehdiyev qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu İntima Salmanovaya bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. İ.Salmanova hadisə yerində ölüb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mehdiyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti