...

Azərbaycana qaçaqmal yolu ilə spirtli içkilərin keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 13 Yanvar 2015 11:57 (UTC +04:00)
Xaricdə istehsal olunmuş spirtli içkilərin Azərbaycana qaçaqmal yolu ilə keçirilməsinin qarşısı alınıb.
Azərbaycana qaçaqmal yolu ilə spirtli içkilərin keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Xaricdə istehsal olunmuş spirtli içkilərin Azərbaycana qaçaqmal yolu ilə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Yolçuyev Mahir Yaqub oğlunun idarə etdiyi "VAZ-21065" markalı, "10-SK-976" dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşən Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Raqif Vaqif oğluna məxsus Gürcüstan Respublikasının aksiz markası ilə markalanmış xeyli miqdarda xaricdə istehsal olunmuş araqlar aşkar olunaraq protokol əsasında götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti